Bütün xəbərlər
Millət vəkili Ülviyyə Həmzəyeva Mehriban Əliyevanın doğum gününü təbrik etdi
Tarix: 26-08-2020 15:47 | Bölmə: Gündəm

Bu gün, mədəniyyətimizin fədakar təbliğatçısı, xalqımızın milli dəyərlərinin qoruyucusu, Azərbaycanın xalqının dünya sivilizasiyasına vermiş olduğu tövhələrin ən müxtəlif beynəlxalq platformalarda qəbul olunması üçün var qüvvəsi ilə çalışan, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
Hər zaman cənab Prezidentin yanında olaraq ölkəmizin inkişafı üçün əlindən gələni edən, nümunəvi ailə dəyərlərinin qoruyucusu kimi hər bir Azərbaycan qadınına örnək olan Mehriban xanım, təkcə Azərbaycan üçün deyil, bütün Türk Dünyası, Müsəlman Dünyası üçün nümunəvi bir insandır.
Mehriban xanım ağlı, mərhəməti, həyat tərzi və fəaliyyəti ilə nəinki ölkəmizdə, eləcə də Avropada, Qərbdə və Şərqdə böyük nüfuz qazanmışdır. Təsadüfi deyil ki, dünyanın bir çox nüfuzlu dövlət başçıları, siyasətçiləri, mədəniyyət adamları, ictimai
xadimləri Mehriban xanımın fəaliyyətini yüksək qiymətləndirmiş, onun haqqında ən yüksək fikirlər söyləmişlər.
Mehriban xanım Əliyevanı ürəkdən təbrik edir, can sağlığı, ailə səadəti, yorulmaz və danılmaz fəaliyyətində daima uğurlar arzu edirəm!
#Mehribanİnsan
Əsər, Ülviyyə Həmzəyeva





Baxış sayı: 748


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı