Bütün xəbərlər
Bu gün baş redaktor Namiq Məmmədlinin doğum günüdür-TƏBRİK EDİRİK!
Tarix: 05-08-2020 10:48 | Bölmə: Gündəm
Bu gün-5 avqust Sabaha-inamla.az xəbər portalının baş redaktoru Namiq Məmmədlinin doğum günüdür. Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirən Namiq Məmmədli ixtisasca filoloq, dil-ədəbiyyat müəllimi və tənqidçidir. Uzun illərdir jurnalistika sahəsində fasiləsiz olaraq çalışır. Müxtəlif səpkili saysız-hesabsız yazılar yazıb. Ən əsası odur ki, işini ürəkdən sevir, onun öhdəsindən layiqincə gəlir. Peşəkarlığı, təmizliyi, saflığı,dəqiqlyi, dürüstlüyü, vətənpərvərliyi ilə hər zaman seçilir. Hər zaman haqqın, ədalətin, insanlığın tərəfindərir. Ömrü boyu sadə, səmimi, təvazökar olub. Heç vaxt heç kimin haqqına girməyib, heç kimin haqqını yeməyib...


Əminik ki, bu sahədə uzun illər çalışan, can qoyan, nə evi, nə fəxri adı olmayan bu gözəl, dəyərli insanı Prezidentimiz mükafatlandıracaq.
Namiq müəllim, 53 yaşınız mübarək. Qələminiz hər zaman iti, kəsərli olsun.Allah sizi qorusun. 100 yaşayın!
Kamran Orucov















Baxış sayı: 2 258


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı