Bütün xəbərlər
İlham Əliyev Şəkidə səfərdə olub - Fotolar+Yenilənib
Tarix: 30-07-2020 15:50 | Bölmə: Gündəm

İlham Əliyev Şəkidə səfərdə olub - Fotolar+Yenilənib

İlham Əliyev Şəkidə səfərdə olubSiyasət

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Şəkidə səfərdə olub.
"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
***
İyulun 29-da Şəki rayonunun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub. İlham Əliyev yolun açılışında iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, uzunluğu 33 kilometr olan bu yol 2 hərəkət zolaqlıdır və 11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir.
Bundan əlavə, Prezident İlham Əliyevə 11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tikintisi barədə də məlumat verilib.






Baxış sayı: 381


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı