Bütün xəbərlər
İsmayıllıda da modul tipli xəstəxana açıldı - Foto+Yenilənib
Tarix: 29-07-2020 21:36 | Bölmə: Gündəm

                     İsmayıllıda da modul tipli xəstəxana açıldı


İyulun 29-da İsmayıllıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.
“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev açılışda iştirak edib.
***
Dövlət başçısı xəstəxanada yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, modul tipli digər xəstəxanalarda olduğu kimi, bu səhiyyə ocağında da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şərait yaradılıb. Burada ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz edilməklə müvafiq təkmilləşdirilmə işləri görülür. Üç korpusdan ibarət, 100 palatası və 200 çarpayı yeri olan bu xəstəxana kompleksi mərkəzləşdirilmiş Oksigen Generator Sistemi, həmçinin havalandırma sistemi ilə təchiz edilib.












Baxış sayı: 442


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı