22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
ABŞ-ın Bakıdakı və İrəvandakı səfirliklərinin bəyanatı
Tarix: 25-07-2020 14:24 | Bölmə: Gündəm

                    ABŞ-ın Bakıdakı və İrəvandakı səfirliklərinin bəyanatı


Amerika Birləşmiş Ştatlarının Bakıdakı və İrəvandakı səfirlikləri Azərbaycan Respublikasının Los-Ancelesdəki konsulluğu qarşısında keçirilən aksiya ilə bağlı bəyanat yayıb.
Bu barədə "Qafqazinfo"ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bəyanatda deyilir: “ABŞ-ın Bakıdakı səfirliyi və ABŞ-ın İrəvandakı səfirliyi dinc toplaşma və etiraz bildirməyin ümumbəşəri prinsiplərinə zidd olan zorakılıq hərəkətlərini pisləyir. ABŞ diplomatik obyektləri qorumaq öhdəliyini ciddi qəbul edir və bu səyləri dəstəkləmək üçün yerli hüquq-mühafizə orqanları ilə birlikdə çalışır. Söz və dinc toplaşmaq azadlığı ABŞ Konstitusiyası ilə qorunur, lakin hüquq-mühafizə orqanları tərəfindən zorakılıq aktları barədə müvafiq tədbir görüləcəkdir. Bütün nümayişçiləri dinc iştiraka və təmkinli olmağa çağırırıq”.



Baxış sayı: 400


Bölməyə aid digər xəbərlər
23-11-2024, 14:26 Şeyx Portuqaliyaya gedir