Bütün xəbərlər
“Şəhid ailələrində yenilməz ruh yüksəkliyinin şahidi olduq” – Adil Əliyev
Tarix: 16-07-2020 13:32 | Bölmə: Gündəm

                “Şəhid ailələrində yenilməz ruh yüksəkliyinin şahidi olduq”– Adil Əliyev

“İyul ayının 12-dən etibarən Ermənistan tərəfinin cəbhənin Tovuz rayonu istiqamətində törətdikləri təxribatla əlaqədar Tovuz rayonunda olduq. Şəhid ailələrini və yerli sakinləri ziyarət zamanı yenilməz ruh yüksəkliyinin bir daha şahidi olduq”.
Bu barədə Unikal.org-a açıqlamasında Milli Məclis Sədrinin müavini  Adil Əliyev deyib.
“Bizim çox güclü dövlətimiz, çox güclü ordumuz var və xalqımız dövlətimizə, Ali Baş Komandanımıza inanır və dəstəkləyir. Şəhidlərimizə bir daha Allahdan rəhmət, ailələrinə səbr diləyirəm”, - deyə vitse-spiker bildirib.


Baxış sayı: 536


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı