Bütün xəbərlər
Prezident şəhid general və polkovnikin ailəsinə zəng etdi - Foto
Tarix: 15-07-2020 14:09 | Bölmə: Gündəm

                  Prezident şəhid general və polkovnikin ailəsinə zəng etdi - Foto


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin dəfn mərasimi zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçuların ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Qeyd edək ki, iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib. Onlar bu gün İkinci Fəxri Xiyabanda dəfn olunub.






Baxış sayı: 465


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı