22:59 / 24-06-2026
Bir kişi cəsədi tapılıb
18:56 / 24-06-2026
Ot yanğını söndürülür
Bütün xəbərlər
Sumqayıtda gənclər pandemiyaya qarşı mübarizədə fəal iştirak edirlər
Tarix: 07-07-2020 23:59 | Bölmə: Gündəm

Sumqayıt şəhərində COVID-19 pandemiyasına qarşı mübarizə üçün yaradılmış mobil qruplar Operativ Qərargahın müəyyən etdiyi qaydalar əsasında şəhərin ayrı-ayrı küçələrində, xüsusilə, vətəndaşların sıx hərəkət etdiyi yerlərdə maarifləndirmə işləri aparırlar.
Sumqayıt şəhərində yaradılmış mobil qruplara Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin könüllüləri də qoşulublar.
Gənc könüllülər və əməkdaşlar ərazilərdə sosial məsafənin qorunması, tibbi-gigiyenik vasitələrin və maskaların istifadəsinin zəruriliyi barədə maarifləndirici söhbətlər aparır, vətəndaşlara tibbi maska, əlcək və məlumatlandırıcı bukletlər paylayırlar.





   




Baxış sayı: 839


Bölməyə aid digər xəbərlər