18:59 / 16-10-2026
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
MŞ sədri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının pandemiya dövründə medianın fəaliyyətinə həsr olunmuş onlayn konfransında iştirak edib
Tarix: 14-06-2020 17:10 | Bölmə: Gündəm
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amamov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş “Pandemiyadan sonra media perspektivləri” mövzusundakı onlayn konfransda iştirak edib. Ə.Amaşov konfransdakı çıxışında Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimində kütləvi informasiya vasitələrinin təmsilçilərinə yaradılan fəaliyyət imkanından da söz açıb. Onun mövcud istiqamətdəki məlumatları maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
MŞ sədri bildirib ki, pandemiyanın davam etdiyi hazırkı şəraitdə medianın necə fəaliyyət göstərəcəyi məsələləri həm də post pandemiya dövrü üçün aktual əhəmiyyət daşımaqdadır. Fəsadların hər bir halda qaçılmaz olduğunu vurğulayan MŞ sədri əsasən iki məqam üzərində dayanıb. “Birincisi, media ölkə iqtisadiyyatının tərkib hissəsidir. Bilirsiniz ki, pandemiya iqtisadiyyata zərbə vurdu. Bu baxımdan medianın da itirdikləri var. Bütün dünyada belədir. İkinci məqam pandemiyanın jurnalist yaradıcılığına mənfi təsiridir. Biz gördük ki, dünya ölkələrində koronavirusla bağlı ciddi dezinformasiyalar yayıldı. Bu amil istər-istəməz medianın ahənginə də təsir göstərdi. Bir sıra KİV-lər də məlumat yetərsizliyi səbəbindən həmin yalan bilgilərə istinad etdilər. Digər tərəfdən, məqsədli şəkildə dövriyyəyə buraxılan fikirlər oldu. Təbii, bu, siyasi məqsədli idi. Düşünürəm ki, post pandemiya dövrü ilə bağlı fikirlər bildiririksə, təhlillər aparırıqsa, biz bu məsələni də müzakirə etməliyik. Çünki onilliklərlə uğrunda mübarizə apardığımız media dəyərlərinin bəzən bir göz qırpımında sıradan çıxdığını gördük. Yəni qərarlaşmış olan bəlli prinsiplərin ciddi kataklizmalar qarşısında gücsüzlüyü üzə çıxdı. Əlbəttə, bütün sahələr gücsüz oldu. Ancaq mediaya cavabdeh olduğumuzdan, bunu biz düşünməliyik. Necə edək ki, düşdüyümüz vəziyyətdən asılı olmayaraq, media prinsipləri pozulmasın? Mən təklif edirəm ki, ilk növbədə biz peşə prinsipləri ilə bağlı üzv ölkələrdəki vəziyyəti daim diqqətdə saxlayaq. Bunu üzv ölkələrdə davamlı konfrans və seminarların təşkili ilə etmək olar. Yəni elə etməliyik ki, varlığımızı ölkələrdəki media ictimaiyyəti tam şəkildə dərk etsin.
İkincisi, biz ölkələrimizin dövlət qurumları ilə təmaslarımızı artırmalıyıq. Yəni ciddi şəkildə əməkdaşlıq qurmalıyıq. Elə edilməlidir ki, dövlətlə təmaslar oxşar hallara münasibətdə həmrəylik nümayişi kimi diqqət çəksin. Həm də elə edilməlidir ki, çətin durumlarda həyata keçirilən tədbirlər söz və ifadə azadlığı kontekstində dəyərləndirilməsin. Pandemiya şəraiti dövlətlər üçün də yenilikdir. Biz bəzən gördük ki, dövlətin məhdudlaşdırıcı tədbirləri söz və ifadə azadlığına zidd işlər kimi qiymətləndirilir. Halbuki bu istiqamətdə kompromiss olmalıdır. Elə edilməlidir ki, ekstremal durumlarda nə dövlətin, nə də də medianın mənafeləri əziyyət çəksin. Hesab edirəm ki, post pandemiya dövründə biz buna da diqqət etməliyik”, - deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib.
MŞ sədrinin məruzəsi ətrafındakı müzakirədə bildirilib ki, bir çox ölkələrdə tətbiq edilən məhdudiyyətlərdə söz və ifadə azadlığını məhdudlaşdıran meyllər də nəzərə çarpmaqdadır. Bu, heç də həmişə bilərəkdən həyata keçirilən tədbir deyil. Amma belə hallarda ölkələrə konsultativ yardımların göstərilməsi vacibdir və assosiasiyaya üzv təşkilatlar mövcud istiqamətdə səylərini artırmalıdırlar. Bu mənada Azərbaycan Mətbuat Şurasının təcrübəsi təqdir edilib. Eyni zamanda Azərbaycan dövlətinin də pandemiya dövründə ictimai çağırışlara, o cümlədən medianın fəaliyyətinə həssas yanaşdığı önə çəkilib. Bunun faydalı təcrübə olduğu vurğulanıb.
Baxış sayı: 610
Bölməyə aid digər xəbərlər
Tarix: 14-06-2020 17:10 | Bölmə: Gündəm
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amamov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş “Pandemiyadan sonra media perspektivləri” mövzusundakı onlayn konfransda iştirak edib. Ə.Amaşov konfransdakı çıxışında Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimində kütləvi informasiya vasitələrinin təmsilçilərinə yaradılan fəaliyyət imkanından da söz açıb. Onun mövcud istiqamətdəki məlumatları maraqla qarşılanıb və müzakirələrə səbəb olub.MŞ sədri bildirib ki, pandemiyanın davam etdiyi hazırkı şəraitdə medianın necə fəaliyyət göstərəcəyi məsələləri həm də post pandemiya dövrü üçün aktual əhəmiyyət daşımaqdadır. Fəsadların hər bir halda qaçılmaz olduğunu vurğulayan MŞ sədri əsasən iki məqam üzərində dayanıb. “Birincisi, media ölkə iqtisadiyyatının tərkib hissəsidir. Bilirsiniz ki, pandemiya iqtisadiyyata zərbə vurdu. Bu baxımdan medianın da itirdikləri var. Bütün dünyada belədir. İkinci məqam pandemiyanın jurnalist yaradıcılığına mənfi təsiridir. Biz gördük ki, dünya ölkələrində koronavirusla bağlı ciddi dezinformasiyalar yayıldı. Bu amil istər-istəməz medianın ahənginə də təsir göstərdi. Bir sıra KİV-lər də məlumat yetərsizliyi səbəbindən həmin yalan bilgilərə istinad etdilər. Digər tərəfdən, məqsədli şəkildə dövriyyəyə buraxılan fikirlər oldu. Təbii, bu, siyasi məqsədli idi. Düşünürəm ki, post pandemiya dövrü ilə bağlı fikirlər bildiririksə, təhlillər aparırıqsa, biz bu məsələni də müzakirə etməliyik. Çünki onilliklərlə uğrunda mübarizə apardığımız media dəyərlərinin bəzən bir göz qırpımında sıradan çıxdığını gördük. Yəni qərarlaşmış olan bəlli prinsiplərin ciddi kataklizmalar qarşısında gücsüzlüyü üzə çıxdı. Əlbəttə, bütün sahələr gücsüz oldu. Ancaq mediaya cavabdeh olduğumuzdan, bunu biz düşünməliyik. Necə edək ki, düşdüyümüz vəziyyətdən asılı olmayaraq, media prinsipləri pozulmasın? Mən təklif edirəm ki, ilk növbədə biz peşə prinsipləri ilə bağlı üzv ölkələrdəki vəziyyəti daim diqqətdə saxlayaq. Bunu üzv ölkələrdə davamlı konfrans və seminarların təşkili ilə etmək olar. Yəni elə etməliyik ki, varlığımızı ölkələrdəki media ictimaiyyəti tam şəkildə dərk etsin.
İkincisi, biz ölkələrimizin dövlət qurumları ilə təmaslarımızı artırmalıyıq. Yəni ciddi şəkildə əməkdaşlıq qurmalıyıq. Elə edilməlidir ki, dövlətlə təmaslar oxşar hallara münasibətdə həmrəylik nümayişi kimi diqqət çəksin. Həm də elə edilməlidir ki, çətin durumlarda həyata keçirilən tədbirlər söz və ifadə azadlığı kontekstində dəyərləndirilməsin. Pandemiya şəraiti dövlətlər üçün də yenilikdir. Biz bəzən gördük ki, dövlətin məhdudlaşdırıcı tədbirləri söz və ifadə azadlığına zidd işlər kimi qiymətləndirilir. Halbuki bu istiqamətdə kompromiss olmalıdır. Elə edilməlidir ki, ekstremal durumlarda nə dövlətin, nə də də medianın mənafeləri əziyyət çəksin. Hesab edirəm ki, post pandemiya dövründə biz buna da diqqət etməliyik”, - deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib.
MŞ sədrinin məruzəsi ətrafındakı müzakirədə bildirilib ki, bir çox ölkələrdə tətbiq edilən məhdudiyyətlərdə söz və ifadə azadlığını məhdudlaşdıran meyllər də nəzərə çarpmaqdadır. Bu, heç də həmişə bilərəkdən həyata keçirilən tədbir deyil. Amma belə hallarda ölkələrə konsultativ yardımların göstərilməsi vacibdir və assosiasiyaya üzv təşkilatlar mövcud istiqamətdə səylərini artırmalıdırlar. Bu mənada Azərbaycan Mətbuat Şurasının təcrübəsi təqdir edilib. Eyni zamanda Azərbaycan dövlətinin də pandemiya dövründə ictimai çağırışlara, o cümlədən medianın fəaliyyətinə həssas yanaşdığı önə çəkilib. Bunun faydalı təcrübə olduğu vurğulanıb.
Baxış sayı: 610
Bölməyə aid digər xəbərlər
13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib













