Bütün xəbərlər
Məktəb direktorları Ulu öndərin ad gününə video-çarx hazırladılar
Tarix: 06-05-2020 23:49 | Bölmə: Gündəm
Sabunçu rayonu 75,142,155 ,198,209 saylı tam orta məktəbin direktorları maraqlı layihə ilə çıxış ediblər.Onlar Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97 - ci ildönümü ərəfəsində Zəlimxan Yaqubun " Ömrün Heydər zirvəsi" adlı şeirini səsləndirərək video- çarx hazırlayıblar.Video - çarxda Ulu öndərin xalqın tələbi ilə hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycan iqtisadiyyatını dirçəltmək ,Vətənimizi dünyada tanıtmaq , Ordu quruculuğu, Azərbaycan mədəniyyətinə verdiyi qiyməti özündə əks etdirən fotolardan əks olunub.Həmçinin Heydər Əliyevin uşaqlara sevgisindən bəhs edən fotolar da videoda yer alıb. Zəlimxan Yaqubun " Ömrün Heydər zirvəsi" şeirini 75 saylı məktəbin direktoru Həqiqət Bayramova,142 nömrəli məktəbin direktoru ,Azərbaycan Respublikasının əməkdar müəllimi Gülnaz Abdullayeva,155 nömrəli məktəbin direktoru Ruhiyyə İbrahimova,198 nömrəli tam orta məktəbin direktoru Şəlalə Nadirova,209 nömrəli tam orta məktəbin direktoru Arizə Mahmudova səsləndirmişlər.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.Az

              


Baxış sayı: 1 816


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı