Bütün xəbərlər
PREZİDENTƏ MİNNƏTDARLIQ MƏKTUBU-SABAHA-İNAMLA.AZ-DA
Tarix: 18-04-2020 00:25 | Bölmə: Gündəm
           
                     Möhtərəm cənab Prezident!
          Hazırda dünya koronavirus pandemiyasının təhdidi ilə üz-üzə qalıb. Mükəmməl səhiyyə sisteminə malik, ən yüksək elmi texnologiyaları olan ölkələr belə bu virusun yayılmasının qarşısını almaqda və virusla mübarizədə çətinlik çəkirlər. Lakin ilk gündən Azərbaycan dövlətinin və hər birimizin güman, güvənc yeri kimi Sizin həyata keçirdiyiniz işlər, atdığınız addımlar, müəyyən etdiyiniz qabaqlayıcı tədbirlərin nəticəsidir ki, ölkəmiz hazırda pandemiyanın geniş yayılmasının qarşısınının alınması və insan itkilərinin az olması baxımından dünyanın ən inkişaf etmiş dövlətlərinə bir nümunədir.
          Məlum vəziyyətlə əlaqədar olaraq sizinlə bağlı xatirələrim tez-tez yadıma düşür və bunu yenidən bölüşmək istəyirəm. Sizin göstərişiniz əsasında Şamaxının Cümə məscidinin əsaslı bərpasından sonra, orada keçirilən açılış mərasimində dediyim sözlər yadıma düşür: "Allahdan istəyim Sizi Azərbaycan xalqına çox görməsin”. Bu çətin dönəmdə bir daha əmin oluram ki, gördüyünüz işlərin yanında o sözlər belə aciz qalır. Və bu gün bir daha təkrar edirəm ki, nə yaxşı varsınız. Azərbaycanın bugünü və gələcəyi sizə məxsusdur, sizə əmanətdir.
          Hər bir vətəndaşımızın, xüsusilə də yaşlı insanlarımızın sağlamlığını düşünərək bu qlobal bəlaya  qarşı qəbul etdiyiniz qərarlar xalqımızda böyük qürur hissi yaradır və “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikrinizi bir daha təsdiq edir. Sizin və Mehriban xanım ­Əliyevanın xalqa müraciət edərək, böyüklərimizin sağlamlığının qayğısına qalmaq üçün çağırış etməyiniz bir vətəndaş olaraq məni çox duyğulandırdı. Bir daha əmin oldum ki, istər mənim, istərsə də yaxınlarımın taleyi etibarlı əllərdədir.
          Möhtərəm cənab Prezident!
          “Biz birlikdə güclüyük!” çağırışınız bu gün hər bir Azərbaycan vətəndaşının devizinə çevrilib. Belə çətin günlərdə xalqımız və dövlətimiz üçün məsul bir missiyanı uğurla həyata keçirməniz hədsiz qürur doğurur, əldə etdiyiniz hər bir müvəffəqiyyətdən böyük iftixar hissi keçirir, etdiyiniz bütün işlərə görə Sizə sonsuz təşəkkürümü bildirməyi özümə borc bilirəm. Ailəmizlə birlikdə həmişə Sizi dəstəkləyir və arxanızda olduğumuzu bildirirəm.
Uca Tanrı Sizi və xalqımızı qorusun
          Hörmətlə,
Şikarov Məzi Heybət oğlu.
Azərbaycan Respublikası, Şamaxı rayonu.
17.04.2020


Baxış sayı: 1 103


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı