Bütün xəbərlər
MTRŞ-nin yeni sədri “ARB24”ün rəhbəridir
Tarix: 06-04-2020 18:20 | Bölmə: Gündəm

                 MTRŞ-nin yeni sədri “ARB24”ün rəhbəridir

Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib.
“Qafqazinfo” xəbər verir ki, yeni sədr İsmət Rəcəb oğlu Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olub.
Bakı Dövlət Universitetinin “İqtisadi kibernetika və tətbiqi riyaziyyat” fakültəsində təhsili alıb. 
2000-2004-cü illərdə bank sektorunda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondunun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.
2011-ci ildən yeni yaradılmış “Region TV” adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cu ildən həmin prodüser qrupunun əsasında yaradılmış “Region TV” telekanalının direktoru olub.
2016-cı ildən ARB Media Qrupun rəhbəri olub, “ARB24” MMC-nin direktoru vəzifəsini icra edib.
Evlidir, bir övladı var.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının keçmiş sədri Nuşirəvan Məhərrəmov 2003-cü ildən bu vəzifəni icra edirdi.


Baxış sayı: 471


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı