Bütün xəbərlər
“Koronavirus və ondan qorunma yolları” mövzusunda elmi məruzə dinlənilib
Tarix: 24-03-2020 13:41 | Bölmə: Gündəm
 AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən Sabaha-inamla.Az-a verilən məlumata görəAMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.
 İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq akademiyanın prezidenti, akademik Ramiz Mehdiyevin “Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında” 11 mart 2020-ci il tarixli sərəncamı ilə bağlı məlumat verib. O, dünyada pandemiyaya çevrilən koronavirus xəstəliyinin Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən zəruri tədbirlərin görüldüyünü qeyd edib, bölmənin elmi-tədqiqat müəssisələrində dezinfeksiya işlərinin aparıldığını söyləyib.

Sonra bölmənin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbərləri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz ƏləkbərovunKoronavirus və ondan qorunma yolları” mövzusunda elmi məruzəsi dinlənilib.

Məruzə dinlənildikdən sonra mövzu ilə bağlı akademik Tariyel Talıbov və biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov çıxış ediblər.

İclasda bir sıra elmi-təşkilati və cari məsələlərə baxılıb.
Sabaha-inamla.Az



Baxış sayı: 719


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı