22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
XİN-dən İrana səfər edən vətəndaşlara xəbərdarlıq
Tarix: 23-02-2020 15:49 | Bölmə: Gündəm

                    XİN-dən İrana səfər edən vətəndaşlara xəbərdarlıq

Azərbaycanın Xarici İşlər Nazirliyi son zamanlar yeni növ təhlükəli virusun (coronavirus 2019-nCoV) yaxın bölgəmizdə yayılması təhlükəsini nəzərə alaraq və İranın rəsmi qurumlarının bu xüsusda yaydığı xəbərdarlığa istinad edərək, Azərbaycan vətəndaşlarını İrana səyahət edərkən, xüsusilə də ziyarət səfərləri zamanı son dərəcə ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələrini tövsiyə edir.
XİN-in mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, hər hansı problemlə üzləşdikləri zaman Azərbaycan vətəndaşlarından Azərbaycanın Tehran şəhərindəki Səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələri tövsiyə olunur.
Azərbaycanın xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları XİN-in internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.



Baxış sayı: 476


Bölməyə aid digər xəbərlər
23-11-2024, 14:26 Şeyx Portuqaliyaya gedir