Bütün xəbərlər
“Hamının gözünün qabağında götürüb qutuya bülleten atır” - MSK sədri+Video
Tarix: 14-02-2020 11:12 | Bölmə: Gündəm

                   “Hamının gözünün qabağında götürüb qutuya bülleten atır”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Real TV"-yə müsahibə verib.
"Qafqazinfo" xəbər verir ki, MSK sədri müsahibəsində fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə qarşılaşdığı təəccüblü pozuntulardan da söz açıb.
"Fərz elə ki, məntəqədə hamının gözünün qabağında götürüb qutuya bülleten atır. Deyilir ki, kamera çəkir və hələ bir az da həvəslə atır. Deyək ki, bəlkə də o, bunun yolverilməz olduğunu bilmir. Hamı bilir, hətta uşaq da bilir ki, bunu etmək olmaz. Digər tərəfdən adamda bir məntiq də olmalıdır da. Əgər bunu bilir və edirsə, nə üçün edir? Mən demirəm ki, o, bunu qəsdən edir. Amma normal bir məntiq yozum olmalıdır - nə üçün edir? Deməli, bunu etməkdə hansısa maraq var. Ona görə də bu məsələ məndə təəccüb doğurub", - deyə M.Pənahov bildirib.
                    


Baxış sayı: 533


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı