22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Seçicilər sevimli namizədlərini yağışlı havada da tək qoymadı
Tarix: 01-02-2020 21:51 | Bölmə: Gündəm

 
                            

Məşhur kardiocərrah, deputatlığa namizəd Rəşad Mahmudov bu gün Pəlikəş kəndinin sakinləri ilə görüşüb. Havanın yağışlı olmasına baxmayaraq, seçicilər sevimli namizədlərini bu havada da tək qoymayıb.
Görüşdə dağ kəndlərinin bugünkü durumu, həyata keçirilən abadlıq prosesi, ucqar dağ kəndlərində yaradılan yüksək infrastruktur həm R.Mahmudov, həm də kənd saknləri tərəfindən yüksək qiymətləndirilib. Görüşdə ölkə başçısının onlara qayğısından məmnunluqla söz salan kənd sakinləri, buna görə prezident İlham Əlyevə təşəkkür edib,  9 fevral seçkilərində də YAP namizədinə səs verəcəklərini bildiriblər.
R.Mahmudov sosial şəbəkədəki hesabında görüşlə bağlı təəssüratlarını bölüşüb, seçicilərə bir daha öz minnətarlığını çatdırıb:
“Növbəti görüşüm rayonun ən ucqar dağlıq ərazisi, füsunkar təbiəti olan Pəlikəş kəndində oldu. Var olduğu tarix boyu yolu və işığı olmayan Şəvqo, Dolu, Diqo, Avyarud, Sibiyyət kəndlərimizə elektrik xətti çəkilmiş, yollar salınıb və bu işlər davam etməkdədir. Geniş müzakirələrin və qarşılıqlı fikir mübadiləsi ilə davam edən görüşün sonunda seçicilərim bir daha mənə səs verəcəklərini bildirdilər.
TƏŞƏKKÜRLƏR, PƏLİKƏŞ!!!”
 









 
 
 
 
 

 
 
 
 
 
 



Baxış sayı: 562


Bölməyə aid digər xəbərlər
23-11-2024, 14:26 Şeyx Portuqaliyaya gedir