21:31 / 24-02-2025
Sevgilisini eyvandan atıb
Bütün xəbərlər
Kallas: "Aİ-nin “sülhməramlılarının” Ukraynaya göndərilməsi hələ əsas müzakirə mövzusu deyil"
Tarix: 24-02-2025 11:49 | Bölmə: Dünya

Aİ diplomatiyasının rəhbəri Kaja Kallas bəyan edib ki, birlik Ukraynaya avropalı “sülhməramlılar”ın göndərilməsini hələ ətraflı müzakirə etmir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kallasın hesab etdiyinə görə, Moskva sülh danışıqlarına hazır olduğunu dəfələrlə bəyan etsə də, Rusiya guya sülh istəmir.
"Buna görə də biz heç bir sülhməramlı missiya yarada bilmərik; müzakirə Ukraynaya hansı təhlükəsizlik zəmanətlərini verə biləcəyimizdən gedir. Müzakirə olunan budur", - o, Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl Brüsseldə jurnalistlərə deyib.
Eyni zamanda media Fransa hakimiyyətinin Avropa qoşunlarının təmas xəttindən kənarda Ukraynaya yerləşdirilməsi təşəbbüsü ilə çıxış etdiyini yazıb. Paris Ukrayna məsələsi ilə bağlı qeyri-rəsmi görüş zamanı bu ideyanı müzakirə etmək təklifi ilə Aİ ölkələrinə müraciət edib.
“Politico”nun məlumatına görə, Fransa və Britaniya Moskva ilə Kiyev arasında əldə olunan razılaşmadan sonra Ukraynaya bir neçə Avropa ölkəsindən 50 min əsgərin göndərilməsi ilə bağlı gizli danışıqlar aparır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Kreml Avropanın Ukraynaya qoşun yeritmək planları ilə bağlı bütün xəbərləri diqqətlə izləyir və onların NATO qoşunlarının Ukrayna ərazisinə mümkün göndərilməsi ilə bağlı narahatlıq doğurduğunu qeyd edib. Peskov belə bir addımın Rusiyanın təhlükəsizliyi məsələlərinə təsir edəcəyini vurğulayıb.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər