Bütün xəbərlər
RİA Novosti: İsrailin zərbələri səbəbindən Dəməşq-Beyrut magistralında nəqliyyatın hərəkəti dayandırılıb
Tarix: 04-10-2024 09:48 | Bölmə: Dünya

İsrailin Suriya-Livan Məsnaa keçid məntəqəsinə endirdiyi zərbələr Beyrut-Dəməşq beynəlxalq magistral yolunda hərəkətin dayandırılmasına səbəb olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəzarət-keçid məntəqəsinin yaxınlığındakı magistral yol boyu üç raket zərbəsi endirilib.
"Hücum nəticəsində hər iki istiqamətdə əsas magistralda nəqliyyatın hərəkəti dayandırılıb", - Livanın təhlükəsizlik xidmətlərindəki mənbə RİA Novosti-yə bildirib.
Onun sözlərinə görə, zərbələr magistral yol boyu hərəkəti bağlamaq üçün keçid məntəqəsindən 100 metr aralıda qəsdən edilib.
Yaxın Şərq münaqişəsinin kəskinləşməsindən sonra bu marşrutla Livandan Suriyaya 200 minə yaxın insan gəlib.
Livan və Suriya son günlər İsrail tərəfindən hücuma məruz qalıb. Yəhudi dövləti Livanın cənubunda "Hizbullah" hərəkatına qarşı məhdud quru əməliyyatı elan edib.



Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər