12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Həbsdən yayınmaq üçün universitetə sığındı
Tarix: 16-02-2021 15:29 | Bölmə: Dünya

                    Həbsdən yayınmaq üçün universitetə sığındı


İspaniya Kralı VI Filipp və atası I Xuan Karlosu təhqir etməkdə və terrorçu qrupları tərifləməkdə ittiham olunaraq həbs cəzasına məhkum edilən məşhur repçi Pablo Hasel universitetə sığınıb.  
“Qafqazinfo” xəbər verir ki, ispan ifaçı tərəfdarlarının köməkliyi ilə gizli olaraq Kataloniya muxtar vilayətinə gətirilib. Qaldığı ali məktəbin girişi zəncirlənib və içəri girmək istəyənlərə qarşı barrikadalar qurulub.
İspan polisi isə sənətçinin təslim olması və 9 aylıq həbs cəzasını çəkməsi üçün fevralın 19-na qədər vaxt verib.




“Ölkəmizdə baş verənlər barədə məlumatlılığı artırmağa çalışırıq. Yalnız mənim deyil, hamımızın azadlıqlarına böyük təzyiq və hücum var”,- deyə Hasel “Röyters”ə verdiyi açıqlamada bildirib.
Qeyd edək ki, Hasel ifalarında İspaniya məhkəməsini faşistlərə bənzədib, İspan Kralını isə “mafiya rəhbəri” adlandırıb.





Baxış sayı: 356


Bölməyə aid digər xəbərlər