Bütün xəbərlər
Bir yeniyetmə topu götürərkən boğuldu
Tarix: 14-07-2026 10:19 | Bölmə: Digər

 Həştərxan vilayətinin Çernoyarski bələdiyyə rayonunun Kamennı Yar kəndi yaxınlığındakı Volqa çayında bir yeniyetmə boğuldu. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
İlkin məlumata görə, boğulan şəxs Tacikistan Respublikasının 14 yaşlı vətəndaşı olub.
MƏLUMATDA DEYİLİR.
Müəyyən edilib ki, dörd yeniyetmə futbol oynayırdı və oyun zamanı top suya düşüb. Oğlanlardan biri çaya tullanıb, lakin zəif üzgüçü olduğu üçün boğulmağa başlayıb.Dostu yeniyetməni xilas etməyə çalışsa da, çox gec olub.
Bu hissədə çayın dərinliyi 3 metrə çatır.Dalğıclar hazırda cəsədi axtarırlar.
Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.




Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər