21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
Bütün xəbərlər
Kəsilmiş ağac bir işçini əzərək öldürdü
Tarix: 16-06-2026 19:06 | Bölmə: Digər


 Leninqrad vilayətinin İstintaq Komitəsi iş zamanı təhlükəsizlik qaydalarının pozulması ilə nəticələnən və bir nəfərin ölümünə səbəb olan cinayət işi açıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə mətbuat xidməti məlumat verib.
İş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 216-cı maddəsinin 2-ci hissəsi ilə açılıb. Faciə 15 iyun 2026-cı ildə Kirovski rayonunun Pavlovo kəndinin meşəlik ərazisində baş verib.
İşin təhlükəsiz aparılmasına lazımi nəzarətin olmaması nəticəsində ağac kişinin üzərinə düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Əmək müqaviləsi olmayan bir işçinin ağacları kəsməsinə icazə verildiyi bildirilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.



Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər