Bütün xəbərlər
RFU Qalaktionovu dörd oyunluq diskvalifikasiya edə bilər
Tarix: 25-11-2023 19:33 | Bölmə: Digər


"Lokomotiv"in baş məşqçisi Mixail Qalaktinov qarşıdakı RPL oyunlarını buraxa bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “dəmiryolçular”ın çalışdırıcısı hakimliyə nalayiq söyüşlər yağdırıb.
RFU-nun nizam-intizam qaydalarına əsasən, Qalaktionov iki oyundan dörd oyuna qədər diskvalifikasiya oluna bilər. Bundan əlavə, onu 500 min rubla qədər cərimə gözləyir.
Futbol üzrə Rusiya çempionatının 16-cı turunun “Krılya Sovetov”la oyunundan sonra qonaqların çalışdırıcısı hakimlikdən narazı qalıb, özünə nalayiq ifadələr işlətməyə icazə verib. Xatırladaq ki, “Lokomotiv” səfərdə samaralılarla 3:3 hesabı ilə heç-heçə oynamışdı.



Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər