Bütün xəbərlər
Karjakin FİDE-ni Rusiya əleyhinə mövqedə ittiham edib
Tarix: 24-11-2023 15:14 | Bölmə: Digər

Qrossmeyster Sergey Karyakin hesab edir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya əleyhinə siyasət aparır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, FİDE hələ də rus şahmatçılarına milli bayraq altında yarışmağı qadağan edir.
Bir gün əvvəl FİDE Rusiya və Belarus şahmatçılarına 2025-ci il yanvarın 1-dək neytral statusda mübarizə aparmağa icazə verib. Əvvəlki məhdudiyyət 2024-cü il yanvarın 1-də başa çatıb.
"FIDE anti-Rusiya siyasəti yürütməkdə davam edir. Digər idman növləri kimi şahmat da siyasətdən kənar olmalıdır. Amma qeyri-dost hərəkətlər davam edir. Neytral statusda yarışmamaq qərarına gəldim, mənim üçün bu, qəbuledilməzdir", - TASS Sergey Karyakindən sitat gətirib.
2018-ci ildən FİDE prezidenti Rusiya vətəndaşı Arkadi Dvorkoviçdir. 2022-ci ilin martında təşkilat SVO-ya dəstək verdiyi üçün Sergey Karyakini 6 ay müddətinə diskvalifikasiya edib.


Baxış sayı: 83


Bölməyə aid digər xəbərlər