Bütün xəbərlər
“Alaniya” baş məşqçisiz qalıb
Tarix: 22-11-2023 16:01 | Bölmə: Digər

Vladiqafqaz "Alaniya"sı baş məşqçi Oleq Vasilenkonun gedişini açıqlayıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,50 yaşlı mütəxəssislə müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib.
Bazar ertəsi Qroznıda ev oyunlarını keçirən "Alaniya" "Ximki"yə 1:4 hesabı ilə uduzub. Bu görüş Oleq Vasilenkonun Vladiqafqaz komandasının baş məşqçisi kimi sonuncu görüşü olub.
19 turdan sonra aktivində 31 xal olan "Alaniya" birinci liqada altıncı pillədə qərarlaşıb. Lider Mahaçqala "Dinamo"su ilə fərq altı xaldır.
Oleq Vasilenko "Alaniya"ya martda başçılıq edib. Onun rəhbərliyi altında vladiqafqazlılar 31 oyun keçirib. 14 qələbə, 11 heç-heçə, 6 məğlubiyyətlə görüşlər yekunlaşıb.




Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər