Bütün xəbərlər
Kadırov sevimli atını Ukrayna xüsusi xidmət orqanlarından geri alıb
Tarix: 15-05-2023 23:43 | Bölmə: Digər


Çeçenistan rəhbəri Ramzan Kadırov Çexiyada oğurlanmış sevimli atını geri alıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə Telegram kanalında danışıb.
Kadırovun sözlərinə görə, o, damazlıq ayğırın qaytarılması üçün Ukrayna xüsusi xidmət orqanlarına 18 min dollar ödəyib. Kadırov qeyd edib ki, onun ata sevgisindən xəbərləri olub və bu ilin əvvəlində sövdələşmə təklif ediblər.
Heyvan martın 4-nə keçən gecə oğurlanıb - cinayətkarlar onu damazlıq fermadan aparıblar. 16 yaşlı ayğır 2014-cü ildə ona qarşı sanksiyaların tətbiqindən sonra Çexiyada dondurulmuş Ramzan Kadırovun əmlakına daxil edilib. Çeçenistan rəhbəri iki il əvvəl at almışdı.


Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər