Bütün xəbərlər
Federal Vergi Xidməti Yudaşkin Moda Evinin hesablarına həbs qoyulması ilə bağlı məlumatı təsdiqləməyib
Tarix: 15-05-2023 23:33 | Bölmə: Digər


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyasının Federal Vergi Xidməti (FTS) “Fashion House Yudashkin” MMC-nin hesablarına həbs qoyulması və onlar üzərində əməliyyatların dayandırılması barədə məlumatı təsdiqləməyib.
“Rusiyanın Federal Vergi Xidməti Valentin Yudaşkinlə əlaqəli mövcud təşkilatların heç birində hesablar üzrə əməliyyatların dayandırılmasını təsdiq etmir”, - agentliyin mətbuat xidmətindən RİA Novosti-yə bildiriblər.
Bundan əvvəl bir sıra KİV-lər mayın 15-dən "Yudaşkin Moda Evi"nin hesabları üzrə əməliyyatların dayandırılması barədə məlumat yayıblar. Qeyd edilib ki, qərar modelyerin ölümündən iki həftə sonra qüvvəyə minib və milyonlarla rubl məbləğində vergilərin ödənilməməsi ilə bağlı aşkarlanmış faktlarla əlaqələndirilib.
Bu məlumatın ortaya çıxmasından sonra "Moda Evi"nin mətbuat xidməti adi qaydada işini davam etdirdiyini bildirib.
Modelyer Valentin Yudaşkin uzun sürən xəstəlikdən sonra mayın 2-də 60 yaşında dünyasını dəyişib. Moskvada Troekurovski qəbiristanlığında dəfn olunub.



Baxış sayı: 211


Bölməyə aid digər xəbərlər