Bütün xəbərlər
Azərbaycan gimnastı FIG kubokuna layiq görüldü
Tarix: 03-07-2022 19:36 | Bölmə: Digər

                    Azərbaycan gimnastı FIG kubokuna layiq görüldü


İsveçrənin Arosa şəhərində batut gimnastikası üzrə keçirilən Dünya kubokunda batutçumuz Selcan Mahsudova final çıxışının yekununa əsasən beşinci pillədə qərarlaşıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, idmançımız bu il iştirak etdiyi dörd Dünya kubokundan üçündə topladığı xalların cəminə əsasən Beynəlxalq Gimnastika Federasiyasının kubokuna (FIG) layiq görülüb.


Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər