Bütün xəbərlər
İcra başçısının müavininin qardaşı narkotiklə tutuldu
Tarix: 25-06-2020 23:13 | Bölmə: Digər

                   İcra başçısının müavininin qardaşı narkotiklə tutuldu


Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyevin qardaşı Babək Hacıyev narkotik maddə olan heroinlə saxlanılıb.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Babək Hacıyev polisin bu gün keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik maddə ilə saxlanılıb.
Qeyd edilir ki, onun üzərinə baxış keçirilən zaman 4 qram heroin aşkarlanıb. Məlumata görə, icra başçısı müavininin qardaşının avtomobilində də külli miqdarda narkotik maddə aşkarlanıb.
Faktla bağlı araşdırmalar aparılır.  


Baxış sayı: 964


Bölməyə aid digər xəbərlər