Bütün xəbərlər
Kişi yaşlı atasını öldürməyə cəhddə şübhəli bilinir
Tarix: 15-02-2025 19:44 | Bölmə: Cəmiyyət

Vidnoyedə 1996-cı il təvəllüdlü kişi saxlanılıb.Qoca atasını öldürməyə cəhddə şübhəli bilinir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə İstintaq Komitəsi (İK) məlumat yayıb.
Müəyyən olunduğu kimi, ötən gün şübhəli şəxs atası ilə birlikdə mənzildə olarkən ona hücum edərək, başına küt əşya, sonra isə bıçaqla zərbələr endirib.
"Nəticədə təqaüdçü mənzilin eyvanında oğlundan gizlənə bilib və yoldan keçənlərdən kömək istəyib", - İstintaq Komitəsinin açıqlamasında bildirilir.
Zərərçəkənin vəziyyəti və xəsarətlərinin dərəcəsi barədə məlumat verilmir.
Hücum edən şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin ("Qətl etməyə cəhd") 3-cü hissəsi ilə şübhəli bilinir.
Yaxın vaxtlarda təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürüləcək və həbs qətimkan tədbiri seçiləcək.



Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər