Bütün xəbərlər
Nənəsini öldürən 11 yaşlı qız psixiatrik müayinədən keçəcək
Tarix: 31-01-2025 23:19 | Bölmə: Cəmiyyət

Moskvada nənəsini öldürən 11 yaşlı qız psixiatrik müayinəyə göndərilib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Telegram kanalında uşaq hüquqları üzrə müvəkkili Olqa Yaroslavskaya məlumat verib.
İstintaqın məlumatına görə, qız gəzintiyə çıxmaq istəyib, lakin nənəsi repetitorla planlı dərs keçdiyi üçün onu buraxmayıb. Bundan sonra uşaq 75 yaşlı qadını bıçaqlayıb. O, təcili yardım maşınında dünyasını dəyişib.
Faktla bağlı ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb.
"Anlamaq lazımdır ki, cinayətin ağırlığına baxmayaraq, qız cinayət məsuliyyəti yaşına çatmayıb. Tibbi müayinədən, psixoloq və psixiatrla məsləhətləşmədən sonra uşağın gələcək taleyinə aydınlıq gələcək", - Yaroslavskaya qeyd edib.
Qızın səhhətindəki problemlərə görə evdə təhsil aldığı məlum olub. MK-nın dediyinə görə, 2024-cü ilin oktyabrında ona yüngül əqli gerilik diaqnozu qoyulsa da, heç bir orqanda qeydiyyata alınmayıb.
Bundan əvvəl məlum olmuşdu ki, Novovoronejdə evdə qaz partlayışı anasını öldürən 16 yaşlı yeniyetmə tərəfindən törədilib. Cinayət 2024-cü ilin noyabrında baş verib. Yeniyetmə hər şeyi etiraf edib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb