Bütün xəbərlər
Kişi arvadını və uşağını öldürüb
Tarix: 13-01-2025 13:43 | Bölmə: Cəmiyyət

Arvadını və 1,5 yaşlı qızını qətlə yetirməkdə şübhəli bilinən Nijni Novqorod vilayətinin sakini saxlanılıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyasının regional İstintaq Komitəsinin məlumatına görə, yaxın vaxtlarda ona qarşı ittiham irəli sürüləcək və barəsində həbs qətimkan tədbiri seçiləcək.
İstintaqla müəyyən edilib ki, yanvarın 12-də Balaxna sakini yaşayış binasında həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub. O, uşağının başına da küt əşya ilə zərbələr endirib. Körpə aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.Qadın tibb müəssisəsinə aparılıb və o da orada ölüb.
Məlumata görə, hücum edən şəxs özünə xəsarət yetirib və xəstəxanaya aparılıb.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki nəfərin, o cümlədən azyaşlının öldürülməsi maddəsi ilə cinayət işi açılıb.



Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər