14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
İtkin düşən qızın meyiti tərk edilmiş evdə tapılıb
Tarix: 26-10-2024 13:44 | Bölmə: Cəmiyyət

Oktyabrın 24-də yoxa çıxan 17 yaşlı qızın meyiti Tomsk vilayətində tapılıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kolpaşevo şəhərində tərk edilmiş evlərdən birində dəhşətli tapıntı aşkar edilib.
Bu barədə məlumat regional Daxili İşlər Nazirliyinin Telegram kanalında yerləşdirilib.
“Faktla bağlı araşdırma aparılır, materiallar istintaq orqanlarına göndəriləcək”, - məlumatda deyilir.
Xatırladaq ki, oktyabrın 24-ü səhər saatlarında 17 yaşlı kollec tələbəsi yataqxanada kiminləsə mübahisə edib, sonra dərsə gedib. Qız bir daha geri qayıtmayıb.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər
16-10-2024, 10:39 Ad günündə yanıb