Bütün xəbərlər
Bir nəfər yoldan keçənlərin gözü qarşısında yanaraq ölüb
Tarix: 13-10-2024 20:41 | Bölmə: Cəmiyyət

Sankt-Peterburqun Primorski rayonunda yerli sakinlər dəhşətli mənzərənin şahidi olublar - metronun "Staraya Derevnya" stansiyasının yaxınlığında bir nəfər yanaraq ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə şəhər təcili tibbi yardım briqadası gəlib. Dəqiq nə baş verdiyini müstəntiqlər müəyyənləşdirməlidir.
İlkin məlumatlara görə, ölən şəxs bir neçə dəfə ərazidə görünən evsiz adam ola bilər. "78.ru" portalı xəbər verir ki, sakinlərin sözlərinə görə, bəzən kişi qatlanan çarpayısında siqaret çəkirmiş və güclü spirtli sərxoşluq vəziyyətində olub. Başqa bir versiyaya görə, mərhum qəsdən yandırıla bilərdi.



Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər