Bütün xəbərlər
Polis divanda kişi meyiti tapıb
Tarix: 03-10-2024 22:26 | Bölmə: Cəmiyyət

İstintaq Komitəsinin müstəntiqləri Sankt-Peterburqun Narodnoqo Opolçeniya prospektində divanda kişi meyitinin tapılması ilə bağlı hadisə yerində işləyirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ölümün səbəbləri müəyyənləşdirilir, İstintaq Komitəsinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislər cinayətin sübutlarını toplayır və izlərini qeyd edirlər. Yaxın vaxtlarda məhkəmə-tibb ekspertləri bir sıra ekspertizalar aparacaqlar.
Bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları Yeni Moskvanın Kuprin prospektində 22 yaşlı qızın qətlində şübhəli bilinən şəxsi saxlayıblar.
İddialara görə, 32 yaşlı kişi mübahisə zamanı sevgilisini boğub. Yaxın vaxtlarda cinayət işinin başlanması və təqsirləndirilən şəxsin məsuliyyətə cəlb edilməsi məsələsi həll olunacaq.


Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər