Bütün xəbərlər
Mühafizəçi təcili yardımın gediş haqqının ödənilməsini tələb edib
Tarix: 10-09-2024 20:43 | Bölmə: Cəmiyyət

Vladivostokda ticarət mərkəzinin mühafizəçisi pullu şlaqbaumla təcili yardım maşınının xəstəyə çatmasına imkan verməyib. Hadisə Dalzavodskaya küçəsində baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Primorsk diyarı prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, mühafizəçi pullu parkinq zonasına gediş haqqını təcili yardım maşınından tələb edib. Sosial şəbəkələrdə qapalı şlaqbaum qarşısında dayanan təcili yardım maşını və ticarət mərkəzinin mühafizəçisinin dayanacaq üçün pul tələb etməsinin videosu yayılıb.
“Vladivostokun Leninski rayon prokurorluğu təcili tibbi yardım göstərən xüsusi nəqliyyat vasitələrinə girişin təmin edilməsi ilə bağlı qanunun tələblərini pozub”.


Baxış sayı: 83


Bölməyə aid digər xəbərlər