Bütün xəbərlər
Moskvada əcnəbi üç qızı zorlamaqda şübhəli bilinib
Tarix: 06-09-2024 11:48 | Bölmə: Cəmiyyət

Moskvada üç qızı zorlamaqda şübhəli bilinən Tacikistan vətəndaşı saxlanılıb, bu barədə paytaxtın İstintaq Komitəsi məlumat yayıb. İstintaq təqsirləndirilən şəxslərin həbsini tələb edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, avqustun 31-də və sentyabrın 2-də əcnəbi şəxs axşam saatlarında 1-ci Baltiyski prospektində yerləşən yaşayış binalarından birinin yaxınlığında 3 qıza hücum edərək onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Zərərçəkənlər polisə müraciət edib, hücum edən şəxs saxlanılıb.
“Cinayət işinin istintaqı çərçivəsində onun iştirakı zərərçəkmişlərin ifadələri və aparılan üzləşdirmələrlə təsdiqlənib. ”, - İstintaq Komitəsinin bəyanatında deyilir.
Onlar həmçinin vurğulayıblar ki, istintaq çərçivəsində şübhəli şəxs Moskvada analoji cinayətlərdə əli olub-olmaması yoxlanılacaq.
Bundan əvvəl Moskvanın Zyuzinski Rayon Məhkəməsi sərnişini zorlamaqda təqsirləndirilən taksi sürücüsünü iki ay müddətinə həbs edib. Hazırda sübut bazasının toplanması və möhkəmləndirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər