Bütün xəbərlər
Yük qatarı vaqonları relsdən çıxıb
Tarix: 14-07-2024 17:27 | Bölmə: Cəmiyyət

Voronej vilayətinin Liski stansiyasında bir neçə yük vaqonu relsdən çıxıb, Cənub-Şərq Dəmir Yolunun mətbuat xidməti məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə iyulun 14-də saat 13:45-də baş verib, hadisənin səbəbi məlum deyil. Hadisə yerindən çəkilmiş fotolarda ən azı üç vaqonun relsdən çıxdığı, onlardan birinin aşdığı görünür.
Ölən və xəsarət alan olmayıb. Hadisə yerinə bərpa qatarı göndərilib. Sərnişin qatarının gecikməsi ilə bağlı heç bir məlumat verilməyib.


Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər