Bütün xəbərlər
Partlayışdan sonra uçan qazanxananın dağıntıları altında 3 nəfər axtarılır
Tarix: 06-07-2024 18:43 | Bölmə: Cəmiyyət

Xilasedicilər Volqoqradın cənubunda partlayış nəticəsində dağılmış nasos stansiyasının dağıntıları altında qalan 3 nəfəri axtarır, şəhərin fövqəladə hallar xidməti xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, fövqəladə hadisə iyulun 6-da günorta saatlarında İzobilnaya küçəsində, kanalizasiya və nasos stansiyasının binasında qaynaq işləri aparılarkən baş verib. Dayaq strukturları və damın bir hissəsi uçub, iki nəfər güclü partlayışın qurbanı olub, daha üç nəfər xəsarət alıb.
Ümumilikdə binada səkkiz işçi olub, üçünün taleyi məlum deyil. Xilasedicilər onların dağıntılar altında qaldığını güman edirlər.
İş zamanı təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb. Uçan dağıntılar yaxınlıqdakı hündürmərtəbəli binanın şüşələrini sındırıb və avtomobillərə ziyan vurub.


Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər