Bütün xəbərlər
Məhkəmə Sankt-Peterburq sakinini qəbiristanlıqda çılpaq fotosessiyaya görə həbs edib
Tarix: 19-06-2024 22:23 | Bölmə: Cəmiyyət

Sankt-Peterburqda Bolşeoxtinskoye qəbiristanlığında yarıçılpaq fotosessiya etdirən qız 1 ay müddətinə həbs edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu qərarı Şimal paytaxtının Krasnoqvardeyski Rayon Məhkəməsi verib.
TASS xəbər verir ki, Anna Panteleeva Rusiya Federasiyası Cinayət Məcəlləsinin ölənlərin cəsədlərinin və onların basdırıldığı yerlərin təhqir edilməsi maddəsi ilə ittiham olunur.
Polis interneti izləyərkən qəbiristanlıqdan foto və video materiallar aşkarlayıb. Onlar araşdırma aparıb, bu “hərəkət”in iştirakçılarından birini müəyyənləşdirib saxlayıblar.


Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər