Bütün xəbərlər
Yakutiyada ov edən yeniyetmə həmyaşıdını güllələyib
Tarix: 04-06-2024 09:52 | Bölmə: Cəmiyyət

Yakutiyada həmyaşıdı tərəfindən təsadüfən güllələnən 13 yaşlı uşağın ölümünün səbəbləri aydınlaşdırılır, İstintaq Komitəsinin Respublika üzrə İstintaq İdarəsi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İdarədən verilən məlumata görə, 12 yaşlı uşaq yetkin ailə üzvləri ilə birlikdə Turan ərazisində ov edərkən atasına məxsus “TOZ-34-E” markalı odlu silahı gəzdirib. Sıldırım yamaca dırmaşarkən 13 yaşlı yeniyetməni vuran atəş açılıb.
Uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib.
İstintaq Komitəsindən bildiriblər ki, istintaqa qədərki yoxlama çərçivəsində hadisənin səbəbləri müəyyən ediləcək.


Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər
22-06-2024, 13:19 İki uşaq kanalda boğulub
12-06-2024, 10:55 Sərxoş turist döyülüb