Bütün xəbərlər
Yeniyetmə 6 yaşlı uşağı maşına mindirərək ölümlə nəticələnən qəza törədib
Tarix: 15-05-2024 23:17 | Bölmə: Cəmiyyət

Rostov vilayətində 16 yaşlı yeniyetmə başqasının avtomobilini idarə edərək qəza törədib, sonra isə hadisə yerindən qaçaraq həbs edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rostov vilayəti üzrə istintaq idarəsinin məlumatına görə, faciəvi hadisə mayın 8-də baş verib. Lisenziyası olmayan 16 yaşlı gənc nəinki “VAZ-2106” markalı avtomobilin sükanı arxasına keçib, hətta 6 yaşlı uşağı da maşına mindirib.
Rostovda 2-ci Proletarskaya küçəsi ilə hərəkət edən təcrübəsiz sürücü idarəetməni itirib. Avtomobil yolun hərəkət hissəsindən çıxaraq bordürə çırpılaraq aşıb. Yeniyetmə hadisə yerindən qaçıb.
Kabinədə olan uşaq xəsarət alaraq xəstəxanaya aparılsa da, həkimlər onu xilas edə bilməyiblər. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Lisenziyasız sükan arxasına keçən gəncə qarşı cinayət işi açılıb. O, günahını etiraf edib. Yeniyetmə nəzarətə götürülüb.


Baxış sayı: 166


Bölməyə aid digər xəbərlər