Bütün xəbərlər
12 kursant zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib
Tarix: 13-05-2024 15:16 | Bölmə: Cəmiyyət

Voronejdə Daxili İşlər Nazirliyinin İnstitutunun 12 kursantı zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə regional Səhiyyə Nazirliyi məlumat yayıb.
Bütün tələbələrə kəskin bağırsaq infeksiyası diaqnozu qoyulub. Onlar ixtisaslaşdırılmış tibb müəssisəsinin yoluxucu xəstəliklər şöbəsində müalicə alırlar. Xəstələrin vəziyyəti qənaətbəxşə yaxındır.
Mayın 9-dan 10-dək olan müddətdə Daxili İşlər Nazirliyinin İnstitutunda kütləvi zəhərlənmə baş verib. “Vesti Voronej” xəbər verir ki, 33 kursant ürəkbulanma və ümumi halsızlıq hiss edib, yeddi nəfər isə kəskin bağırsaq infeksiyası əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Xəstəliyin səbəbi və şəraiti aydınlaşdırılır.


Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər