Bütün xəbərlər
Moskva vilayətində stansiyalardan birində sınıq və elektrik cərəyanı əlamətləri olan qız tapılıb
Tarix: 07-04-2024 12:44 | Bölmə: Cəmiyyət

Moskva Dəmiryol Vağzalının platformasında çoxsaylı bədən xəsarətləri olan azyaşlı qız tapılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva yaxınlığındakı Bıkovo stansiyasında baş verən insident barədə bazar günü Rusiya Federasiyası İstintaq Komitəsinin Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsi məlumat yayıb.
İlkin məlumatlara görə, stansiya platformasında çoxsaylı sınıqlar və elektrik cərəyanı izləri olan 14 yaşlı qız tapılıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib və hazırda reanimasiyadadır.
Müstəntiqlər azyaşlının xəsarət alması ilə bağlı halları müəyyənləşdirirlər.


Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər