Bütün xəbərlər
Basmannı məhkəməsi Navalnının dördüncü vəkilini qiyabi həbs edib
Tarix: 15-02-2024 20:49 | Bölmə: Cəmiyyət

Basmannı məhkəməsi Aleksey Navalnının maraqlarını təmsil edən vəkil Olqa Mixaylovanı qiyabi həbs edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun üç həmkarı ekstremist icmada iştirak ittihamı ilə dörd aydır ki, istintaq təcridxanasındadır.
Navalnının müdafiəçiləri: İqor Serqunin, Aleksey Liptser və Vadim Kobzev oktyabrın 13-də həbs ediliblər. Həmin vaxt 50 yaşlı Mixaylova İordaniyada tətildə olub, oradan istintaq təcridxanasına göndəriləcəyi təhlükəsi ilə Rusiyaya qayıtmayıb.
Cümə axşamı məhkəmə müstəntiqlərin vəkilin ekstradisiya edildiyi və ya Rusiya Federasiyasının ərazisində saxlandığı andan iki ay müddətinə qiyabi həbs edilməsi barədə vəsatətini təmin edib.


Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər