Bütün xəbərlər
Bıçaq xəsarəti olan bir yaşlı uşağın meyiti tapılıb
Tarix: 04-12-2023 23:14 | Bölmə: Cəmiyyət

İstintaq əməkdaşları azyaşlının qətli ilə bağlı cinayət işi açıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mənzildə azyaşlı uşaq meyiti tapılıb.
Rusiya Federasiyası İstintaq Komitəsinin regional istintaq idarəsinin məlumatına görə, dekabrın 4-də Tula şəhərinin Leninski rayonunda evlərdən birinin mənzilində bıçaq xəsarəti ilə 2022-ci il təvəllüdlü oğlan uşağının meyiti tapılıb. Bildirilir ki, uşağın qətlində şübhəli bilinən şəxs müəyyən edilib, onun şəxsiyyəti hələlik açıqlanmayıb.
Faktla bağlı cinayət işi açılıb, hadisəni törədən şəxs axtarışa verilib. Hadisə yerində istintaq və polis əməkdaşları işləyir. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.


Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər