Bütün xəbərlər
Mübahisə zəminində kiçik qardaşını bıçaqlayaraq öldürüb
Tarix: 04-12-2023 15:14 | Bölmə: Cəmiyyət

İstintaq Komitəsinin regional idarəsindən verilən məlumata görə, Moskva yaxınlığındakı Ximki sakini kiçik qardaşını öldürməkdə şübhəli bilinərək saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yaxın qohumlar dekabrın 2-də günorta saatlarında Mitino Dalneye mikrorayonunda mənzildə olarkən mübahisə ediblər. Mübahisənin nədən qaynaqlandığı məlum deyil, lakin tezliklə davaya çevrilib. Böyük qardaş stolun üstündəki bıçağı götürüb və kiçik qardaşa azı 4 bıçaq zərbəsi endirib. Sonuncu kürəyindən, üzündən və qollarından xəsarətlər alıb, həkimlər onu xilas edə bilməyiblər.
İdarə 34 yaşlı şübhəlinin cinayəti etiraf edib-etmədiyini dəqiqləşdirməyib. Yaxın vaxtlarda onun barəsində qabaqlayıcı tədbir seçiləcək.



Baxış sayı: 80


Bölməyə aid digər xəbərlər