Bütün xəbərlər
Magistral yolda uşaqların olduğu avtobus qəzaya uğrayıb
Tarix: 29-11-2023 22:08 | Bölmə: Cəmiyyət

Kalininqrad polisi 40-a yaxın uşağı ekskursiyaya aparan avtobusun qəzaya uğramasının səbəblərini müəyyənləşdirir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, regional xilasedicilərin məlumatına görə, noyabrın 29-da Znamensk kəndi yaxınlığında Çernışevskoye-Kalininqrad magistralında tur avtobusu və bir neçə minik avtomobilinin iştirakı ilə yol qəzası baş verib.
Toqquşmanın səbəb və şəraiti Dövlət Yol Müfəttişliyi tərəfindən müəyyən edilir. Hazırda avtobusda 39 uşağın olduğu, ilkin məlumata görə, onlardan heç birinin xəsarət almadığı məlum olub. Toqquşmadan sonra avtomobillərdən biri xəndəyə uçaraq aşıb. Üç nəfərin yaralandığı bildirilir.
Qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Kalininqrad Baş İdarəsinin əməkdaşları hadisə yerinə gəliblər. Qəzanın təfərrüatları dəqiqləşdirilir.



Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər