Bütün xəbərlər
Sabiq energetika nazirinin müavini dələduzluq ittihamı ilə saxlanılıb
Tarix: 22-11-2023 23:16 | Bölmə: Cəmiyyət

Paytaxt hüquq-mühafizə orqanları cinayət işi üzrə istintaq çərçivəsində Rusiyanın keçmiş energetika nazirinin müavini Pyotr Nidzelskinin saxlanıldığını açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS agentliyinin hüquq-mühafizə orqanlarının məlumatına istinadla verdiyi məlumata görə, keçmiş məmur böyük fırıldaqçılıq cinayəti ilə bağlı cinayət işində müttəhim olub. O, dindirilmək üçün gətirilib və bu zaman şübhəli şəxsə qarşı ittiham irəli sürülüb.
Bildirilir ki, məhkəmə 78 yaşlı Pyotr Nidzelski barəsində həbs qətimkan tədbiri olaraq ev dustaqlığı seçib. Sabiq nazir müavininin saxlanmasının təfərrüatları dəqiqləşdirilir.


Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər