22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Misir yerli qadına köpək balığının hücumundan sonra çimərliyi bağlayıb
Tarix: 13-09-2023 23:54 | Bölmə: Cəmiyyət


Misirli qadın Cənubi Sinayın Dahab şəhərində çimərliklərdən birində çimərkən ağır xəsarət alıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, zərərçəkmiş xəstəxanaya aparılıb.
TASS agentliyi çərşənbə günü Qırmızı dənizdə bir nəfərə köpək balığının növbəti hücumu barədə məlumat verib. Misir mətbuatı xəbər verir ki, dəniz yırtıcısının hücumunun qurbanı əri ilə birlikdə çimərlikdə dincələn 34 yaşlı misirli qadın olub. Köpək balığı onun qolunu ağır yaralayıb.
İnternetdə qurbanın çimərlikdən təxliyə edildiyi videosu yayılıb. Qadının xəstəxanaya aparıldığı və orada müalicə olunduğu bildirilir. Hazırda vəziyyəti stabilləşib, yaralı qadın həkimlərin nəzarətindədir.
Hadisə ilə əlaqədar olaraq hadisənin baş verdiyi Dahabdakı çimərlik bağlanıb. Misirin Ətraf Mühit Naziri Yasmin Fuad Cənubi Sinay Təbiət Qoruğunda işləyən bir qrupa baş verənləri qiymətləndirmək və köpəkbalığı hücumunun səbəbini müəyyən etmək üçün komissiya yaratmağı tapşırıb.


Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər