Bütün xəbərlər
Bu Təhsil İdarəsinin rəisinə cinayət işi açıldı
Tarix: 03-06-2023 10:30 | Bölmə: Cəmiyyət

                      bu-tehsil-idaresinin-reisine-cinayet-isi-acildi



Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Rüfət Hacıyev barəsində Quba Rayon Prokurorluğunda cinayət işi açılıb. 
"Qafqazinfo"nun Bizim.Media-ya istinadən məlumatına görə, Rüfət Hacıyev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.
Prokurorluğa edilən şikayət əsasında aparılan araşdırmalardan sonra bu qərar qəbul edilib.
***
Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən "Qafqazinfo"nun sorğusuna belə cavab verilib: "Rüfət Hacıyevin 2016-2018 ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində magistratura səviyyəsində təhsil alması və eyni zamanda Qəçrəş kənd tam orta məktəbdə direktor işləməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyəti tərəfindən 2023-cü ilin yanvar ayında Quba Rayon Prokurorluğuna məktub göndərilib: . Həmin məktuba əsasən rayon prokurorluğunda fakt üzrə araşdırma aparılır.
Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Rüfət Hacıyev ötən il aprelin 29-da elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə rəis təyin edilib. 


Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər